Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tarix: 4 Iyul 2025 22:40

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.

Sonxeber.net xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kiloqram) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

Zəhra Kərimzadə (72 kiloqram) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.

 


Etiketlər:  Güləşçimiz Avropa çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ