Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“At gücü”nə qeydiyyat davam edir - VİDEO

“At gücü”nə qeydiyyat davam edir - VİDEO

Tarix: 4 Iyul 2025 14:11

Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.

"At gücü" adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə təşkil olunacaq.

Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.

Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu, eləcə də konsert təşkil ediləcək.

Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün nəqliyyat vasitələrinin sahibləri AAF-ın elektron ünvanı [email protected] və ya +99450 295 01 00 nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilər.


Etiketlər:  gücünə qeydiyyat davam edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ