Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 08:45
"Əlbəttə ki, bu günlər keçəcək, xalqım zəfər qazanacaq. Qarabağımın işğal olunmuş torpağında Azərbaycan-Türk bayrağı dalğalanacaq! Amma biz heç zaman unutmayacağıq yanımızda duranları da, kənarda qalanları da".
Sonxeber.net mediapost-a istinadla xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva sosial media hesabında yazıb.
O, İnstaqram "Story"də TV8 kanalının sahibi Acun Ilıcalını tənqid edərək Azərbaycana dəstək olmamasını qınayıb:
"Mənim diqqətimi Acun Ilıcalı çəkdi - türkəsilli qardaşımız. Yüzlərlə azərbaycanlının "O səs Türkiyə", "Yetenek sizsiniz", "Survivor Türkiyə" proqramlarında sevərək iştirak edən, izləyici kütləndə və reytinqində az əməyi olmayan Azərbaycan türkləriyik biz. Acun bəy, niyə səssiz qaldınız? Heç toxunmadımı sizə yaşadıqlarımız? Çətin gəldi 13,4 milyonluq səhifənizdə heç olmasa bir Azərbaycan bayrağı paylaşaraq dəstək olmaq?".