Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Bizim icazəmiz olmadan hər hansı ölkə bizim torpağımıza sülh gücləri göndərə bilməz

Azərbaycan Prezidenti: Bizim icazəmiz olmadan hər hansı ölkə bizim torpağımıza sülh gücləri göndərə bilməz

Tarix: 14 Oktyabr 2020 15:12

Hər kəs anlamalıdır ki, bu gün sülh güclərinin göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülh güclərini bizim torpağımıza göndərə bilməz. Bu, qanuna, beynəlxalq hüquqa ziddir. Bu, qəbiledilməzdir. Ona görə belə bir narahatlıq bizdə yoxdur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində Qarabağa sülh güclərinin göndərilməsi ilə bağlı fərziyyələrə münasibət bildirərkən deyib.

"Belə səylər ola bilər, belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan baza prinsiplərində sülh güclərinin göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir - torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, nəqliyyat məsələlərinin, sərhədlərin açılması, ondan sonra ticarət. Ondan sonra sülh güclərinin gətirilməsi də istisna deyil. Ancaq bu 30 il ərzində nəzərə alsaq ki, müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq, bu məsələ heç müzakirə də olmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil", - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Etiketlər:  Azərbaycan Prezidenti Bizim icazəmiz olmadan hər hansı ölkə bizim torpağımıza sülh gücləri göndərə bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ