Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 00:00
Yeni araşdırmalar zamşanı belə bir qənaətə gəlinib ki, maskalardan məcburi istifadə koronavirusun yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Müvafiq araşdırma Kanada alimləri tərəfindən aparılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Britaniya Kolumbiyasındakı "Saymon Freyzer" Universitetinin tədqiqatçıları maska taxmağın COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində əhəmiyyətli rolu barədə dəlillər aşkarlayıb. Lakin tədqiqatla bağlı hələlik resenziya alınmadığına görə, nəticələr dərcolunmadan öncəki hazırlıq mərhələsindədir. Layihə müəlliflərinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, maska taxmağın qapalı mühitdə məcburi olunduğu yerləri digərləri ilə müqayisə etdikdə iyun, iyul ayları ərzində COVID-19-a 25-40 faiz az yoluxma faktı qeydə alınıb.
Maskalardan istifadə sayəsində bir həftə ərzində 700 -1 100 nəfər az insan koronavirusa yoluxub. Alimlər iyul və avqust aylarında məcburi maska rejimi tətbiq edilmiş Ontario ictimai səhiyyə sahəsinin 34 şöbəsində müşahidə aparıblar. Sonradan alimlər tərəfindən bütün Kanada ərazisində aparılan müvafiq tədqiqatlar nəticəsində əyalət səhiyyə departamentindən alınan məlumatlarda oxşar rəqəmlər aşkarlanıb. Maska rejimi qəbul edildikdən sonra ilk bir neçə həftə ərzində orta hesabla 46 faiz az yoluxma faktı qeydə alınır.
Tədqiqatın nəticələri göstərir ki, müvafiq qadağaların tətbiq olunmadığı yerlərlə müqayisədə məhdudiyyətlərin qüvvədə olduğu müəssisələrdə, insanların sıx toplaşdığı qapalı məkanlarda 48 faizdən 57 faizə qədər az yeni yoluxma faktları qeydə alınıb. Bütün bunlar, yuxarıda qeyd etdiyimiz kimi, maskalardan istifadənin sağlamlığın qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.