Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 07:42
Qədim dövrlərdə zeytun yağını " qızıl suyu " adlandırıblar. Bu zeytun yağının insan orqanizminə verdiyi faydalardan dolayı olub.
* Zeytun yağı tərkibində olan turşuluq sayəsində qanda olan pis xolesterinin miqdarını azaldır və mübadilə prosesini sürətləndirir.
* Təmiz zeytun yağı arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Mütəmadi olaraq zeytun yağından istifadə edən adamlarda ürək-damar xəstəlikləri riski az olur. Belə adamların qan damarlarının divarları möhkəm və elastik olur.
* Zeytun yağı sümük toxumasını möhkəmləndirir. Bu səbədən də həkimlər uşaqların qidalarının təbii zeytun yağı ilə bişirilməsini tövsiyə edirlər.
* Zeytun yağı görməni yaxşılaşdırır.
*O bütün orqanların tonusunu yüksəltmək qabiliyyətinə malikdir.
* Təbii zeytun yağı sinir sisteminin də möhkəmlənməsinə səbəb olur.
* Təbii zeytun yağı ən gözəl kosmetoloji vasitə sayılır. Tərkibində olan E vitamini sayəsində zeytun yağı dərinin epidermis qatını qocalmadan qoruyur.
* Zeytun yağı mədə və bağırsaqların selikli qişasında qoruyucu təbəqə rolu oynayır. 3-4 ay müddətində acqarına zeytun yağı içmək qastriti və mədənin onikibarmaq yarasını sağaltmaq qabiliyyətinə malikdir.
* Zeytun yağı qaraciyəri toksinlərdən, şlaklardan, sərbəst radikallardan təmizləyir.
* Zeytun yağının ən gözəl xüsusiyyətlərindən biri isə onkoloji xəstəliklərin əmələ gəlmə riskini azaltmasidir. Zeytun yağının tərkibindəki antioksidantlar, turşular hüceyrələrin yenilənməsini təmin edir və orqanizmi şiş toxumalarından qoruyur.