Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 09:10
Baş məşqçilik karyeramda avrokuboklarda mübarizəm həmişə yaxşı keçib. Həm ölkəmiz, həm də "Sivasspor" üçün yarışacağıq.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasındakı çıxışları barədə danışarkən deyib.
"Fotomaç" qəzetinə müsahibə verən 57 yaşlı mütəxəssis komandasının Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Çalışdırıcı yer aldıqları İ qrupunda işlərinin çətin olacağını söyləyib: "Hamı qrupumuzun asan olduğunu düşünür. "Vilyarreal" İspaniyanın önəmli klublarındandır. "Makkabi" illərdir avrokuboklarda çıxış edən kollektivdir. "Qarabağ" isə Azərbaycanın ən yaxşı komandalarından biridir. Onlarla oyunların heç biri asan keçməyəcək. Futbolçularımın bu marafondan üzüağ çıxacağını düşünürəm. İlk matçımız səfərdə "Vilyarreal"a qarşı olacaq. Onun ardından "Makkabi" və "Qarabağ"ı Sivasda qəbul edəcəyik. Həmin iki görüşdə qələbə qazansaq, növbəti mərhələ şansımız artar".
Qeyd edək ki, "Sivasspor"la "Qarabağ" arasında oyunlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda keçiriləcək.