Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beynəlxalq ictimaiyyət tezliklə Ermənistanı təcavüzü dayandırmağa vadar etməlidir'' - Türkiyəli ekspert

''Beynəlxalq ictimaiyyət tezliklə Ermənistanı təcavüzü dayandırmağa vadar etməlidir'' - Türkiyəli ekspert

Tarix: 15 Oktyabr 2020 14:24

Beynəlxalq ictimaiyyət tezliklə fəaliyyətə keçməli və Ermənistanı təcavüzü dayandırmağa vadar etməlidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Türkiyənin Tətbiqi Araşdırmalar Mərkəzinin elmi işçisi, ekspert Bezen Coşkun deyib.

Onun sözlərinə görə, Minsk qrupunun sülh təşəbbüslərinin uğursuzluqları nəzərə alınmaqla, vasitəçi qrup digər regional subyektlərin cəlb olunması hesabına genişləndirilməlidir ki, Ermənistanı Azərbaycan torpaqlarını qaytarmaq üçün vadar etmək mümkün olsun.

Ekspert əlavə edib ki, ermənilərin Gəncəyə hücumu nəticəsində münaqişə Dağlıq Qarabağın hüdudlarından kənara çıxa bilər:

"Fikrimcə, humanitar atəşkəs rejimi toqquşmaların dayandırılması üçün imkan idi. Atəşkəs rejmini pozmaqla erməni tərəfi göstərdi ki, onlar münaqişənin həllində maraqlı deyil".

B.Coşkun bildirib ki, erməni hücumların Azərbaycanın hərbi yolla cavabını legitimləşdirir, Azərbaycan Silahlı Qüvvələri erməni işğalında olan bir neçə kəndi azad edib:

"Bütün bu hadisələr Ermənistan rəhbərliyinə əks təsir göstərib və erməni aqressiyasını gücləndirib".


Etiketlər:  Beynəlxalq ictimaiyyət tezliklə Ermənistanı təcavüzü dayandırmağa vadar etməlidir Türkiyəli ekspert


RƏYLƏR