Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 20:48
Bakı. Samir Əli- Trend:
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunqun müşayiət etdiyi Hindistan İxrac Təşkilatları Federasiyasının və Ticarət və Sənaye Palatasının ölkəmizdə səfərdə olan işgüzar nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Hindistan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb, xüsusən alternativ enerji mənbələri, tullantıların təkrar emalı, su təmizləmə, su ehtiyatlarının idarə olunması və digər sahələr üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin