Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan ikinci transfer

“Qarabağ”dan ikinci transfer

Tarix: 2 Iyul 2019 22:20

“Qarabağ” yay fasiləsində ikinci transferinə hazırlaşır.

Qol.az-ın əldə etdiyi xəbərə görə, bir müddətdir Ağdam təmsilçisi ilə danışıq aparan “Ştutqart”ın müdafiəçisi Ailton Silva sabah klubun düşərgəsinə qoşulacaq. Braziliyalı futbolçu  tibbi müyinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

“Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.

 


Etiketlər:  Qarabağdan ikinci transfer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ