Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğaldan azad edilən Düdükçü kəndinin FOTOsu

İşğaldan azad edilən Düdükçü kəndinin FOTOsu

Tarix: 16 Oktyabr 2020 11:00

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri də işğaldan azad edilib. Sosial şəbəkələrdə azad edilmiş Düdükçü kəndindən fotoşəkillər yayılıb. Fotolarda kəndin əsrarəngiz təbiəti əks olunub.

İlk növbədə, qeyd edək ki, Düdükçü kəndinin adı bu ərazilərdə türk soylu Düdükçü nəslinə aid ailələr məskən saldığına görə adlanır. Keçmiş adı Kolatağ olub.

Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Sözügedən kənddə Nadir şah Əfşar dönəmində (1743-cü il) tikilmiş kilsə və Qarabağ xanlığı dönəminə aid məzarlığın yerləşdiyi bildirilir.

Sonxeber.net qafqazinfo-ya istinadən həmin fotonu təqdim edir:


Etiketlər:  İşğaldan azad edilən Düdükçü kəndinin FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ