Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 11:20
Bakı.İlhamə İsabalayeva - Trend:
Dünən qeyd edilən yoluxma sayı avqustun əvvəlindən qeydə alınan ən yüksək saydır.
Trend-in məlumatına görə, bunu TƏBiB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda reanimasiya şöbələrində 113 xəstə müalicə alır. Onların 16-sı süni tənəffüs aparatına qoşulub.
Y.Qarayeva əlavə edib ki, son zamanlar dünyada, xüsusilə bir çox Avropa ölkələrində karantin qaydaları yenidən sərtləşdirilir.