Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın Gəncədəki vandalizm aktları Avstraliya ictimaiyyətinə çatdırılıb

Ermənistanın Gəncədəki vandalizm aktları Avstraliya ictimaiyyətinə çatdırılıb

Tarix: 16 Oktyabr 2020 16:51

Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımovun təşəbbüsü ilə azərbaycanlılar Avstraliya İttifaqının Sidney şəhərində bir araya gəliblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhuna yasin oxutdurub, yaralılara şəfa diləyiblər.

Daha sonra soydaşlarımız məscidin qarşısına toplaşaraq ictimaiyyətin diqqətini Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində və Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrində törətdikləri vandalizm aktları barədə məlumatlandırıblar. Azərbaycan bayraqlarının dalğalandığı tədbirdə Ermənistanın qəsdən dinc mülki əhalini hədəfə almasını pisləyən şüarlar səsləndirilib.

Aksiya zamanı ermənilərin təxribat xarakterli addımının qarşısı da alınıb. Belə ki, Gelibolu məscidinin qarşısında magistral körpünün tam ortasında ermənilərin yerləşdirdiyi təxribat xarakterli baner dərhal aradan qaldırılıb.

Ümumilikdə Sidney şəhəri üzrə 5000 nəfərə yaxın insan Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən haqsızlıqlarla bağlı məlumatlandırılıb.


Etiketlər:  Ermənistanın Gəncədəki vandalizm aktları Avstraliya ictimaiyyətinə çatdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ