Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dinc əhaliyə qarşı şiddət və təhdid qəbulolunmazdır - İsrail səfiri

Dinc əhaliyə qarşı şiddət və təhdid qəbulolunmazdır - İsrail səfiri

Tarix: 16 Oktyabr 2020 18:22

Bakı. Trend:

Dinc əhaliyə qarşı şiddət və təhdid qəbulolunmazdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəsmiləri ilə görüşdə İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik deyib.

Görüş zamanı diplomatik nümayəndəliyin rəhbərinə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları, Azərbaycanın işğal altında olmayan şəhər və rayonlarının məqsədyönlü şəkildə artilleriya və raketlərdən atəşə tutulması, dinc əhaliyə qarşı törədilmiş əməllər haqqında geniş məlumat verilib, baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməsinin vacibliyi vurğulanıb.

Səfir mülki insanların ölümü ilə nəticələnən hücumların narahatlıq doğurduğunu qeyd edib: “Biz dinc əhalinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Gəncə, Mingəçevir, Bərdə, Tərtər və bir sıra şəhər və rayonların raket və ağır artilleriyadan intensiv atəşə tutulmasına, insanların, o cümlədən uşaqların yaralanmasına və həlak olmasına gətirib çıxaran son hadisələrdən çox təsirləndik. Baş vermiş faciə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.”

İsrail xalqının dost Azərbaycan xalqı ilə hər zaman həmrəy olduğunu söyləyən səfir Corc Dik İsrail Dövlətinin Azərbaycana humanitar yardımın göstərilməsinə hazır olduğunu bildirib.


Etiketlər:  Dinc əhaliyə qarşı şiddət təhdid qəbulolunmazdır İsrail səfiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ