Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 20:12
Azərbaycan Ordusu işğal olunmuş ərazilərin azad edilməsi üzrə anti-terror əməliyyatları zamanı 21-ci əsrdə müharibə aparılmasının nümunəsini göstərir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O bildirib ki, döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrinin baş qərargahları tərəfindən öyrənilir:
"Dünyada belə bir nümunə olmayıb ki, bir ordu digəri ilə döyüşərkən bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etsin. Zərbə PUA-larının istifadəsinin miqyasina və intensivliyinə görə bu, dünyada ilk belə haldır. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də digər ölkələr bu miqyasdda PUA-lardan istifadə etməyib. Bu cür münaqişələrdə PUA-lar öz üstünlüyünü təsdiq edib. Buna, həmçinin Azərbaycan Ordusunun düşmənin qüvvələrini və hava hücumundan müdafiə sistemlərini məhv etməsi, zirehli texnikanın, yüksək səviyyəli qoruması olan hədəflərin və canlı qüvvənin məhv edilməsində PUA-ların kütləvi istifadəsi üzrə taktikasını əlavə etmək lazımdır".
Ekspert əlavə edib ki, yüksək dəqiqlikli silahların istifadəsi mülki əhali arasında itkiləri azaldır:
"Bu baxımdan, Azərbaycan həm hərbi uğur əldə etdi, həm də Dağlıq Qarabağda yaşayan mülki əhalinin həyatını mühafizə etdi. Fikrimcə, döyüş əməliyyatlarının aparılması sahəsində dəyişikliklər olacaq. Şübhəsiz ki, Azərbaycan ordusunun təcrübəsi ətraflı şəkildə öyrəniləcək".