Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 17:18
Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölən mülki şəxslərin sayı 14 nəfərə çatıb.
Sonxeber.net bildirir ki, Trend-in Gəncədə olan müxbirinin verdiyi məlumata görə, bunu Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.
O bildirib ki, hadisə nəticəsində 55 nəfər xəsarət alıb: "Faşist erməniər dinc sakinlərə raket mərmiləri atırlar. Onlar gecə saatlarında atəş açıblar. Amma Gəncə sakinləri bu gün ölkə Prezidentinin yanındadır, onlar heç nədən qorxmurlar və istəyirlər ki, Azərbaycan bayrağı Şuşa, Xankəndidə dalğalansın".