Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2020 09:03
Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumu ilə bağlı bəyanat verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Nazirliyin bəyanatı rəsmi Twitter səhifəsində yerləşdirilib.
Bəyanatda deyilir: "Bəlkə, bu şəkli ilk dəfə görürsünüz, amma Azərbaycanlılar 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni şeyi etməyə davam edir. Bütün bunları görüb susa bilən insan varsa, sussun. Biz susmayacağıq!".