Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2020 17:28
Oktyabrın 20-dən 29-na qədər Yer üzündə maqnit qasırğasının olacağı gözlənilir.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətdən məlumat verilib.
Qeyd edilib ki, oktyabrın 20-dən 24-nə qədər və 27-29-u zəif maqnit qasırğası müşahidə ediləcək. Oktyabrın 25 və 26-da isə orta güclü maqnit dalğası gözlənilir.
Bir müddət əvvəl isə alimlər müəyyən ediblər ki, qədim dövrlərdə Ayın öz maqnit sahəsi olub. Və dünyanı güclü Günəş fırtınalarından qoruyub.