Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2020 18:44
Bakının "Keşlə" klubu heyətinə daha bir futbolçu qatıb.
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, Sezar Meza Kolli yenidən paytaxt klubunun uğurları üçün çalışacaq.
İtaliya vətəndaşı olan Sezar Meza Kolli 2013-16, 2018 və 2019-20-ci illərdə şərəfini qoruduğu "Keşlə"yə qayıdıb. Bir müddət əvvəl milliləşdirilməsi də gündəmdə olan legionerin son klubu Rumıniya təmsilçisi "Universtatya" (Krayova) olub.
Qeyd edək ki, Sezar Azərbaycanda "Keşlə"dən başqa, "Zirə"də də oynayıb.