Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərbi əməliyyatlar keçirir - Türkiyə hökuməti

Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərbi əməliyyatlar keçirir - Türkiyə hökuməti

Tarix: 19 Oktyabr 2020 10:58

Bakı. Trend:

Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərbi əməliyyatlar keçirir.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir:

“Beynəlxalq ictimaiyyət Azərbaycanı atəşkəsə çağırmaq əvəzinə erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasını tələb etməlidir”.

Hökumətdən bildiriblər ki, Azərbaycan ilk gündən dünya ictimaiyyətinin ikili standartları ilə üzləşib:

“Yalnız özünə hörmət edən ölkələr Azərbaycan bu haqlı məsələdə dəstəkləyir. Ermənistanın Dağlıq Qarabağdakı münaqişəni məzhəblərarası müharibə kimi qələmə verməsi cəhdləri əsassızdır və uğursuzluğa məhkumdur. Ermənistandan fərqli olaraq Azərbaycanda bütün dini məzhəblərin nümayəndələri yaşayır və Azərbaycan dünyada tolerantlıq nümunəsidir”.


Etiketlər:  Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərbi əməliyyatlar keçirir Türkiyə hökuməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ