Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib

İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib

Tarix: 19 Oktyabr 2020 16:44

Erməni təcavüzkarları tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 21 növ Azərbaycan endemi, 82 növ Qafqaz endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növləri erməni terrorizmi nəticəsində məhv edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Tofiq Məmmədov deyib. O, həmin bitki növlərinin məhv edilməsinin beynəlxalq konvensiyalara zidd olduğunu xatırladıb.

T.Məmmədov qeyd edib ki, geniş flora və fauna müxtəlifliyinə malik olan Qarbağımızın işğal edilmiş ərazilərini düşmən tapdağından azad etdikdən sonra ətraf mühitin və genefondun mühafizəsini, davamlı inkişafını təmin etmək, bioloji müxtəlifliyin artırılması, təbiət abidələrinin dendroxronoloji tədqiqatlarla öyrənilməsi, şəhər və qəsəbələrin yaşıllıqlarının landşaft memarlığı prinsipləri əsasında planlaşdırılması istiqamətində aparılacaq işlərdə Dendrologiya İnstitutunun alim və tədqiqatçıları öz töhfəsini verməyə hazırdır.


Etiketlər:  İşğal edilmiş Azərbaycan ərazilərində növ Qafqaz endemi məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ