Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur

Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur

Tarix: 19 Oktyabr 2020 19:30

Axşam saat 18:00 radələrindən paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hazırda Heydər Əliyev, Qara Qarayev, Ziya Bünyadov prospektləri, Yusif Səfərov, Ağa Nemətulla, Məhəmməd Hadi küçələrində və digər yerlərdə onlarla müntəzəm və ekspres marşrut xətləri üzrə avtobuslar sıxlıqda qalaraq gecikmə ilə hərəkət edir.

Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sərnişin sıxlıqlarının yaranmasını qaçılmaz edir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobuslara qarşı hərəkət üstünlüyü tanımağı xahiş edirik. Sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda bu olduqca vacib əhəmiyyət kəsb edir.

Milli.Az


Etiketlər:  Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ