Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd üzrə ''COVAX'' təşəbbüsünə 184 ölkə qoşulub

Peyvənd üzrə ''COVAX'' təşəbbüsünə 184 ölkə qoşulub

Tarix: 20 Oktyabr 2020 04:36

Bakı. Trend:

Bütün ölkələri ədalətli əsasda koronavirus peyvəndləri ilə təmin etməyi hədəfləyən beynəlxalq "COVAX" mexanizminə artıq 184 dövlət qoşulub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qübreyesus deyib.

A.Qebreyesus bildirib: "Bu gün 184 ölkənin "COVAX"a qoşulduğunu elan etməkdən məmnunam".

Onun sözlərinə görə, bu mexanizmdə iştirakını təsdiqləyən son iki ölkə Ekvador və Uruqvay olub.


Etiketlər:  Peyvənd üzrə COVAX təşəbbüsünə ölkə qoşulub


RƏYLƏR