Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 15:48
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib.
Dövlət ittihamçısı E.Məlikovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyulun 10-da müdafiə tərəfinin çıxışları ilə davam edəcək.
İttihama görə, E.Məlikov bankda çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda, "Accessbank" ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. Bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.
Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə, 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla, ümumilikdə, 180 min manat alaraq dələduzluq edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin