Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında növbəti oyunlar

Çempionlar Liqasında növbəti oyunlar

Tarix: 20 Oktyabr 2020 10:20

Bu gün Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinə start veriləcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçiriləcək.
 
G qrupunda "Yuventus" səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşacaq. Qrupun digər oyununda "Barselona" Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək.
 
Günün maraqla gözlənilən digər qarşılaşması H qrupunda olacaq. Burada PSJ və "Mançester Yunayted" klubları üz-üzə gələcək. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşəhər" "Leyptsiq"in qonağı olacaq.
 
Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.

20 oktyabr
 
UEFA Çempionlar Liqası

Qrup mərhələsi

F qrupu

20:55 "Zenit" (Rusiya) - "Brügge" (Belçika)

23:00 "Latsio" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

G qrupu

20:55 "Dinamo" (Kiyev, Ukrayna) - "Yuventus" (İtaliya)

23:00 "Barselona" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan)

E qrupu

23:00 "Renn" (Fransa) - "Krasnodar" (Fransa)

23:00 "Çelsi" (İngiltərə) - "Sevilya" (İspaniya)

H qrupu

23:00 PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

23:00 "Leyptsiq" (Almaniya) - "Başakşəhər" (Türkiyə)


Etiketlər:  Çempionlar Liqasında növbəti oyunlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ