Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qaynar xətt”ə daxil olan şikayət əsasında sexin rəhbərliyinə məcburi göstəriş verilib

“Qaynar xətt”ə daxil olan şikayət əsasında sexin rəhbərliyinə məcburi göstəriş verilib

Tarix: 20 Oktyabr 2020 15:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt"inə Binəqədi rayonu, 7-ci mikrorayon sakinləri tərəfindən yaxınlıqda yerləşən metaləritmə sexinin fəaliyyəti zamanı havaya tüstü və tozun yayılması ilə bağlı daxil olan məlumat şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən metaləritmə sexində qaz-toztutucu qurğunun quraşdırılmadığı səbəbindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, tez bir zamanda qaz-toztutucu qurğunun quraşdırılması üçün sexin rəhbərliyinə məcburi göstəriş verilib.


Etiketlər:  Qaynar xəttə daxil olan şikayət əsasında sexin rəhbərliyinə məcburi göstəriş verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ