Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqası tarixində ilk

Avropa Liqası tarixində ilk

Tarix: 21 Oktyabr 2020 07:00

UEFA Avropa Liqasının oyununu ilk dəfə qadın baş hakim idarə edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qrup mərhələsində ilk turun "Lester Siti" (İngiltərə) - Zorya (Ukrayna) matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Stefani Frappara Siril Mönye və Benjamen Pajes kömək edəcək. Dördüncü hakim funksiyasını isə Joan Amel yerinə yetirəcək.

Qeyd edək ki, Stefani Frappar daha əvvəl 2019-cu ildə "Liverpul" və "Çelsi" (2:2, penaltilərdə 5:4) komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçda iş başında olub.

Xatırladaq ki, oktyabrın 22-də keçiriləcək "Lester" - "Zorya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Avropa Liqası tarixində


RƏYLƏR