Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 20:42
Beynəlxalq hüquqa əhəmiyyət vermədən Azərbaycanın dinc əhalisini atəşə tutan Ermənistana qarşı hərbi və iqtisadi sanksiyalar tətbiq olunmalıdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə xarici siyasət və beynəlxalq hüquq üzrə ekspert Tarik Şandib deyib.
Onun sözlərinə görə, erməni qoşunlarının Azərbaycan şəhərlərini atəşə tutmaqda davam etməsi onu göstərir ki, Ermənistan regionda sülh istəmir.
T.Şandib vurğulayıb ki, Ermənistan beynəlxalq hüquqa əhəmiyyət vermədən Azərbaycan ərazilərinin işğalını davam etdirmək istəyir: "Bəzi Qərb ölkələri, təəssüf ki, Yerevanın həyasızlığını görmək istəmir və bununla da faktiki olaraq Ermənistanı və onun qanlı cinayətlərini dəstəkləyir.
O əlavə edib ki, təcavüzkar ölkə olan Ermənistan Livan, Suriya və digər Yaxın Şərq ölkələrindən terrorçuların "xidmətlərindən" istifadə edir.