Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus insanlarda diabet yarada bilər - ALİMLƏR

Koronavirus insanlarda diabet yarada bilər - ALİMLƏR

Tarix: 23 Oktyabr 2020 07:24

Bir çox viruslar mədəaltı vəzini o dərəcədə zədələyir ki, xəstədə virus infeksiyasından sonra gözlənilmədən I dərəcəli diabet formalaşa bilər.

Sonxeber.net xəbər verir ki, alimlər COVİD 19-un da belə bir təsir mexanizminə malik olduğunu açıqlayıb.

2020-ci ildə qarşıda duran vəzifələrdən biri də koronavirusun mədəaltı vəzinin işinə təsirini araşdırmaqdır.

Bu elmi açıqlama Cell Medicine dərgisində dərc olunub.

Entevirusların pankreatit, perikardit yaranması çoxdan məlumdur. Eləcə də Koksaki, poliovirus, exoviruslar I tip diabetə səbəb ola bilir.

Belə ki, viruslar həssas orqan olan mədəaltı vəzin hüceyrələrinə nüfuz edərək, insulin hasil edən adacıqları zədələyir.

Bunun baş vermə mexanizmi hələ sirr olaraq qalır.

Alimlər hesab edir ki, əgər Koksaki də mədəaltı vəzini zədələyirsə, deməli, yeni koronavirusda da bu hal gözləniləndir.

Artıq koronavirus xəstələrindən bir neçəsində I tip diabet əmələ gəlməsi barədə az da olsa faktlar var.

Mədəaltı vəzidə bəzi reseptorlar var ki, SARS Cov virusu ilə bağlana bilir.

Koronavirus insulin hasilatına ciddi zərbə vura bilər.

Ona görə bu xəstələr sağaldıqdan sonra mütləq şəkəri, mədəaltı vəzini müayinə etdirməlidir. /medicina.az


Etiketlər:  Koronavirus insanlarda diabet yarada bilər ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ