Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı'' - Yaqut Qarayeva

''Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı'' - Yaqut Qarayeva

Tarix: 23 Oktyabr 2020 10:08

Həkim nəzarəti olmadan özünü evdə antibiotiklə müalicə edən xəstə ağırlaşaraq xəstəxanaya gəldiyi zaman onun müalicəsi üçün uyğun antibiotik tapmaq çətin olur.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, payız-qış mövsümündə virusa yoluxanların sayında artımın gözlənildiyi barədə açıqlama verilmişdi: "Havalar hələ çox soyumayıb. Biz indi bəlkə də bunu əsas səbəb olaraq qeyd edə bilmərik. Demək, burada başqa səbəblər var. Yoluxma sayının azalması sentyabr ayından insanların arxayınlaşmasına gətirib çıxardı. Bu da yoluxma sayında artıma səbəb oldu".

Y.Qarayeva bildirib ki, aşkarlanan hər bir xəstə asimptomatik olsa belə, başqaları üçün təhlükədir.

TƏBİB rəsmisi əlavə edib ki, koronavirusa görə edilən testlərin sayı artarsa, amma aşkarlanan xəstə sayı artmazsa, bu, artıq müsbət bir göstərici sayılar.


Etiketlər:  Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı Yaqut Qarayeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ