Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya yeni hərbi prokuror təyin edilib

Bakıya yeni hərbi prokuror təyin edilib

Tarix: 4 Iyul 2019 10:00

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıya yeni hərbi prokuror təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Trend-ə təsdiq edib.

Xatırladaq ki, iyunun 21-də keçmiş Bakı hərbi prokuroru ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Baş prokurorun əmri ilə Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıya yeni hərbi prokuror təyin edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ