Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 15:02
Bakı. Trend:
Azərbaycan ordusuna təslim olmuş erməni zabit Ermənistan xalqına müraciət edib.
Trend-in məlumatına görə, ehtiyatda olan milis mayoru Edik Tonoyan 2018-ci ildə təqaüdə çıxıb.
O, iki il ərzində Rusiyaya qazanc üçün getdiyini deyib:
“2020-ci ildə mən koronavirusla əlaqədar Rusiyaya gedə bilmədim. Ermənistanda qalıb tikinti ilə məşğul oldum. Sentyabrın 27-də Azərbaycanla müharibə başlayanda məni oğlumla birgə tikintidən hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun əvəzinə məni hərbi xidmətə göndərəcəklər və mən Ermənistan ərazisində xidmət edəcəyəm. Mən Qarabağa getmək istəmirdim, çünki bu, bizim torpaq deyil. Dedim ki, əgər zərurət yaranarsa Ermənistana görə döyüşməyə hazıram, Qarabağa görə yox”.