Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın İranla sərhəd ərazilərin işğaldan azad olunması iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək - Deputat

Azərbaycanın İranla sərhəd ərazilərin işğaldan azad olunması iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək - Deputat

Tarix: 23 Oktyabr 2020 16:58

Bakı. Elçin Mehdiyev - Trend:

Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tez bir zamanda bərpa ediləcək: “Bu günlərdə Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Zəngilan rayonunu və Ağbənd qəsəbəsini Ermənistan işğalından azad etməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində əldə edilən çox böyük bir qələbə idi. Bu, eyni zamanda Azərbaycanla İran arasındakı strateji münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Azərbaycanın İranla dövlət sərhədi 765 km-dir, onun 132 km-i uzun illərdir ki, nəzarətsiz qalmışdı. İndi İranla olan bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir, bununla həm də İrana doğru işğal edilmiş ərazilərdən uzanan “qara əllər” və “qara yollar” kəsilib.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib.

Azərbaycan dünyada özünü müstəqil dövlət kimi təsdiq edən və öz gücü ilə bütün problemlərini həll edə biləcək və bölgədə sülh və tərəqqi gətirə biləcək bir dövlət olduğunu nümayiş etdirdi”.

Azərbaycanın İranla sərhəd ərazilərin işğaldan azad olunması iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək - Deputat - Gallery Image


Etiketlər:  Azərbaycanın İranla sərhəd ərazilərin işğaldan azad olunması ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ