Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 13:16
Bakı. Trend:
Səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub
Trend-in yerli müxbirinin məlumatına görə, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.
Kənd sakinlərinin dediklərinə görə, raketin səsi gələndə birinci elə bildik ki, raket evə düşəcək. Daha sonra gördük evin bağına düşdü: "Həmin zaman bağda olan Orxanın yaralandığını gördük. Biz çalışdıq ki, yaralını tez xəstəxanaya çatdıraq, bəlkə həyatın xilas etmək olar, amma mümkün olmadı".