Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messi ''Barselona''dan getsə, bu, bizim üçün dram olmayacaq''

''Messi ''Barselona''dan getsə, bu, bizim üçün dram olmayacaq''

Tarix: 24 Oktyabr 2020 13:18

"Uzun illər onun oyunundan zövq aldıq. Amma bundan sona Messi özü nə edəcəyini düşünməlidir. O, "Barselona"nı tərk edərsə, nüfuzu zərər görər".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri La Liqa-nın prezidenti Xavier Tebas Lionel Messinin "Barselona"dan getmək ehtimalından  danışarkən  deyib. O,  33 yaşlı hücumçunun Kataloniya klubundan gedişinin turnir üçün dramolacayacağını vurğulayıb:

"Messi komandadan getsə, bu, bizim üçün dram olmayacaq. Ronaldo "Yuventus"a, Neymar PSJ-yə getdi. Liqa 1 və ya  A Seriyasının məhz buna görə ən yüksək səviyyəyə çatdığını düşünmürəm. Bu, reallıqdır. Futbolçuların çempionluğu müəyyənləşdirdiyini düşününən insanlar səhv edirlər".

Milli.Az


Etiketlər:  Messi Barselonadan getsə bizim üçün dram olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ