Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı

ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı

Tarix: 24 Oktyabr 2020 15:08

Bakı. Trend:

ABŞ-da sutka ərzində koroavirusa yoluxma göstəricilərində rekord qeydə alınıb.

Trend-in məlumatına görə, son 24 saat ərzində ölkədə 83 757 nəfər koronavirusa yoluxub. Buna qədər ən yüksək göstərici iyul ayında qeydə alınmışdı. O zaman 77 mindən çox şəxs virusa yoluxmuşdu.

Son sutka ərzində, həmçinin 943 nəfər virusun qurbanı olub.

Bu günədək ABŞ-da koronavirusa 8,5 milyona yaxın şəxs yoluxub, 224 min nəfər həyatını itirib.


Etiketlər:  ABŞ da koronavirusa yoluxmada rekord qeydə alındı


RƏYLƏR