Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lempard rəsmən "Çelsi"də

Lempard rəsmən

Tarix: 4 Iyul 2019 12:16

"Derbi Kaunti"nin baş məşqçisi Frank Lempardın "Çelsi"yə keçidi rəsmiləşib.

Qol.az-ın London klubunun saytına istinadən yaydığı xəbərə görə, 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, "Yuventus"a keçən Maurisio Sarrini əvəzləyib.

Qeyd edək ki, Lempard futbolçu karyerası ərzində 2001-2014-cü illərdə "Çelsi"də oynayıb və 648 matçda 211 qol vuraraq klub tarixinin ən yaxşı bombardiri olub.

Xatırladaq ki, Lempard 2018-ci ilin yayından "Derbi Kaunti"ni çalışdırırdı. Onun rəhbərliyi altında komanda İngiltərə Çempionşipini 6-cı pillədə başa vurub. Premyer Liqaya yüksəlmək uğrunda görüşdə "Derbi Kaunti" "Aston Villa"ya uduzub.

 


Etiketlər:  Lempard rəsmən Çelsidə


RƏYLƏR