Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 20:48
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi koronavirusdan qorunmaqla bağlı bir sıra tövsiyələr açıqlayıb. ÜST COVID-19-un asanlıqla yayıldığı yerlərin aşağıdakılar olduğunu bildirir:
1. Ətrafda çox sayda insanın olduğu kütləvi məkanlar
2. Yaxın təmas şəraiti xüsusilə, insanların yaxın məsafədə söhbət etdiyi yerlər
3. Zəif havalandırmanın mövcud olduğu qapalı məkanlar
Qeyd olunub ki, bu faktorların üst-üstə düşdüyü yerlərdə risk daha yüksəkdir.
Məhdudiyyətlərin yumşaldılıb-yumşaldılmamasından asılı olmayaraq getdiyiniz yerə diqqət yetirin və sözügedən məkanlara getməkdən çəkinərək təhlükəsiz qalın.
Nə etmək lazımdır?
Kütləvi məkanlara getməməyə çalışan və qapalı yerlərdə keçirdiyiniz zamana məhdudiyyət qoyun.
Digər insanlarla aranızda ən azı 1 metr məsafə saxlayın.
Mümkün olduqda havalandlırma üçün pəncərələri və qapıları açın.
Əllərinizi təmiz saxlayın, öskürərkən və ya asqırarkən ağzınızı örtün.
Tələb olduqda və ya fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maskadan istifadə edin.
Təcili tibbi yardıma ehtiyac yaranmadığı müddətcə özünüzü yaxşı hiss etməyəndə evdə qalın.