Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyordan Azərbaycana dəstək

Məşhur aktyordan Azərbaycana dəstək

Tarix: 25 Oktyabr 2020 15:06

Türkiyənin məşhur aktyoru Hüseyn Avni Danyal da Azərbaycana dəstək olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, aktyor sosial şəbəkədə Azərbaycan bayrağının fotosunu paylaşıb və xalqımızın yanında olduğunu bildirib.

"Dost və qardaş ölkə olan Azərbaycanın acılarının bir an öncə bitməsini, Azərbaycan xalqının işğal altında olan torpaqlarına tezliklə qovuşub, təkrar sülh içində yaşamasını diləyirəm", - aktyor qeyd edib.

Qeyd edək ki, Danyal Azərbaycanda "Kurtlar Vadisi Pusu" serialında canlandırdığı Yalçın Bulut obrazı ilə populyarlaşıb. O, hazırda "Eşkiya dünyaya hükümdar olamaz" serialında rol alır.

Milli.Az


Etiketlər:  Məşhur aktyordan Azərbaycana dəstək


RƏYLƏR