Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antiseptiklərdən istifadə ölümə aparır - XƏBƏRDARLIQ

Antiseptiklərdən istifadə ölümə aparır - XƏBƏRDARLIQ

Tarix: 26 Oktyabr 2020 07:30

COVID-19-un qarşısını almaq üçün müxtəlif növ əl təmizləyicilərinin geniş miqyaslı istifadəsi daha təhlükəli viruslar yarada bilər.

Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, tədqiqatçılar antiseptiklərdən həddindən artıq istifadənin antibiotik müqavimətini inkişafına və insan ölümünə səbəb olacağı barədə xəbərdarlıq edib.

Məlumatda qeyd edilib ki, koronavirusun qarşısını almaq üçün hər kəsin bildiyi kimi insanlar üz maskaları taxmalı, əllərini tez-tez sabun və ya antiseptiklərlə yumalı, sosial məsafəni qorumalıdır. Son zamanlarda əl təmizləyicilərinin və antibakterial komponentləri olan jellərin satışında sürətli artım olub. Alkohol əsaslı əl təmizləyicilərindən həddindən artıq istifadə, digər bakteriya və virusların uyğunlaşmasına və antibiotik müqavimətini inkişaf etdirməsinə imkan verir.

Dünyanın bir çox ölkəsində koronavirus infeksiyası qorxusu antiseptiklərin kütləvi alqı-satqısına səbəb olub.

Doktor Kemp bildirib ki, dərinin bakteriya və viruslardan təmizlənməsi üçün ən yaxşı yolun əllərin sabunla yuyulmasıdır.

"Antiseptiklərdən ancaq su və sabun olmayan yerlərdə istifadə edilməlidir. Antiseptiklərdən ancaq başqa çarə olmadıqda, fövqəladə hallarda istifadə edilməlidir. Əks halda bəşəriyyət antibiotiklərə antibiotikə davamlı bakteriya və virusların yaratdığı bütün Armageddonla qarşılaşacaq".


Etiketlər:  Antiseptiklərdən istifadə ölümə aparır XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ