Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2021-ci ildə “Windows 10” sistemini hansı yeniliklər gözləyir?

2021-ci ildə “Windows 10” sistemini hansı yeniliklər gözləyir?

Tarix: 27 Oktyabr 2020 01:20

Gələn il "Windows 10" əməliyyat sistemində tapşırıqlar panelində və "başlat" menyusunda videozəng xidmətini işə salacaq "Meet Now" düyməsi əlçatan olacaq.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ilk vaxtlar sözügedən düymənin yalnız "Skype" ilə və ya brauzer üzərindən işləyəcəyi məlumdur.

Yeni düymə 2021-ci ildə "Microsoft"un əməliyyat sistemində istifadəyə veriləcək yeniliklərdən biridir.

Bundan başqa, əməliyyat sistemi daxili proqramlar üçün ekran qoruyucu şəkillər dəstəyi əldə edib. Hazırda başlanğıc ayar kimi onlar göy rəngdədir.

"Windows" sistemi, həmçinin istifadəçini sərt disk və ya SSD-nin işindəki nasazlıqlar haqqında xəbərdar edəcək və daşıyıcının ehtiyat surətini çıxartmağı təklif edəcək.


Etiketlər:  2021 ildə Windows sistemini hansı yeniliklər gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ