Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 07:36
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə dair nəticə yönümlü danışıqlar prosesinə başlamalıdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy bildirib.
Aksoy vurğulayıb ki, atəşkəsin davamlılığını təmin etmək üçün nəticələrə əsaslanan danışıqlara başlamaq lazımdır:
"Minsk Qrupu həmsədrlərinin konkret nəticələr gətirmək səyləri üçün Ermənistanın yol verdiyi pozuntuların nəzərə alınmasını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq nəticə yönümlü danışıqlar prosesinə başlamağı vacib hesab edirik. Hesab edirik ki, elan edilmiş atəşkəs yalnız bu halda davamlı ola bilər".