Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya'' ''Lokomotiv''ə, ''Real'' ''Borussiya''ya qarşı

''Bavariya'' ''Lokomotiv''ə, ''Real'' ''Borussiya''ya qarşı

Tarix: 27 Oktyabr 2020 09:12

Bu gün Çempionlar Liqasında 2-ci tura start veriləcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 matç keçiriləcək.

Çempionlar Liqasının qalibi "Bavariya" səfərdə "Lokomotiv"lə qarşılaşacaq. Qrupun digər matçında "Atletiko" "Zalsburq"u qonaq edəcək.

B qrupunda "Şaxtyor" öz meydanında "İnter"lə görüşəcək. Mönhenqladbaxda "Borussiya" "Real"la üz-üzə gələcək.

"Porto" evdə "Olimpiakos"u qəbul edəcək. C qrupunun favoriti "Mançester Siti" Fransada "Marsel"in qonağı olacaq.

D qrupunda "Liverpul" "Midtülland"ı sınağa çəkəcək. "Atalanta" isə "Ayaks"la münasibətlərinə aydınlıq gətirəcək.

27 oktyabr

Çempionlar Liqası, 2-ci tur

A qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Bavariya" (Almaniya)

00:00. "Atletiko" (İspaniya) - "Zalsburq" (Avstriya)

B qrupu

21:55. "Şaxtyor" (Ukrayna) - "İnter" (İtaliya)

00:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Real" (İspaniya)

C qrupu

00:00. "Porto" (Portuqaliya) - "Olimpiakos" (Yunanıstan)

00:00. "Marsel" (Fransa) - "Mançester Siti" (İngiltərə)

D qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Midtülland" (Danimarka)

00:00. "Atalanta" (İtaliya) - "Ayaks" (Niderland)
 


Etiketlər:  Bavariya Lokomotivə Real Borussiyaya qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ