Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artıq hamımız köç əhval-ruhiyyəsindəyik - Qubadlı sakini - FOTO

Artıq hamımız köç əhval-ruhiyyəsindəyik - Qubadlı sakini - FOTO

Tarix: 27 Oktyabr 2020 12:18

Bakı. İlhamə İsabalayeva - Trend:

"İndiyədək ən böyük arzum o idi ki, torpaqlarımız işğaldan azad edilsin, indi isə ən böyük istəyim odur ki, işğaldan azad edilmiş torpaqlarımızı sağ-salamat gedib, görə bilək. Artıq hamımız köç əhval-ruhiyyəsindəyik. Çox sevinirəm ki, böyük qayıdış prosesi artıq başlanılır".

Bunu Trend-ə Qubadlıdan olan məcburi köçkün Anar Qasımlı deyib.

Qubadlının Kürdmahruzlu kəndində doğulub boya-başa çatdığını deyən A.Qasımlı 5-ci sinfədək Alı Mustafayev adına Zilanlı kənd orta məktəbində təhsil alıb. Erməni işğalına görə 1993-cü ildə kəndlərini tərk etdikləri zaman 11 yaşı olub. Bir müddət - 1993-1996-cı illərdə Mingəçevirdə, 1996-cı ildən isə Sumqayıtda yaşayırlar.

Hazırda Sumqayıt Regional Vəkil Bürosunun müdiri vəzifəsində çalışan A.Qasımlının sözlərinə görə, indi onlar üçün bir nömrəli iş Qubadlıya qayıtmaqdır. O, Qubadlıda da Regional Vəkil Bürosu təsis etməyi arzulayır:

“27 il nisgillə, kədərlə yaşamışıq. İndiyədək ən böyük qorxum o idi ki, valideynlərimi doğma yurdlarından uzaqda-Sumqayıtda itirə bilərəm. Ancaq indi bunu arzu edirəm ki, onlar işğaldan azad edilmiş kəndimizi sağ-salamat gedib görə bilsinlər. Ümid edirəm ki, çox tezliklə buna da nail olacağıq”.

Artıq hamımız köç əhval-ruhiyyəsindəyik - Qubadlı sakini - FOTO - Gallery Image


Etiketlər:  Artıq hamımız köç əhval ruhiyyəsindəyik Qubadlı sakini FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ