Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada yaşayan idmançımızdan ordumuza dəstək

Rusiyada yaşayan idmançımızdan ordumuza dəstək

Tarix: 27 Oktyabr 2020 18:20

Rusiyada yaşayan həmyerlimiz Xəyal Canıyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinə yardım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançının dostlarının sosial şəbəkədə yaydığı məlumata görə, X. Canıyev Qarabağın işğaldan azad olunmasına dəstək məqsədilə Silahlı Qüvvələrin yardım fonduna 2200 manat köçürüb.

Qeyd edək ki, Xəyal Canıyev muay-tay boksu üzrə 4 qat Rusiya çempionu, 3 qat Avropa, 3 qat dünya çempionudur. Eyni zamanda Canıyev taylandlı döyüşçü Buakar Por Pramuk üzərində qələbə qazanmış yeganə idmançıdır.

Milli.Az


Etiketlər:  Rusiyada yaşayan idmançımızdan ordumuza dəstək


RƏYLƏR