Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT - Kişi ilə qadın tutuldu

Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT - Kişi ilə qadın tutuldu

Tarix: 28 Oktyabr 2020 05:32

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub.

Milli.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında 3 yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT Kişi ilə qadın tutuldu


RƏYLƏR