Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada bir gündə koronavirusa 29 mindən çox insan yoluxub

Braziliyada bir gündə koronavirusa 29 mindən çox insan yoluxub

Tarix: 28 Oktyabr 2020 09:36

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 29 787 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 439 641 nəfərə çatıb. Ötən sutka ərzində koronavirusdan 549 nəfər ölüb, ölənlərin ümumi sayı 157 946 nəfər təşkil edir.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları ölkənin San-Paulu ştatında qeydə alınıb (1 098 207 yoluxma və 38 885 ölüm).


Etiketlər:  Braziliyada gündə koronavirusa mindən çox insan yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ