Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramil Quliyev Bərdədə törədilən terrora da biganə qalmadı - FOTO

Ramil Quliyev Bərdədə törədilən terrora da biganə qalmadı -  FOTO

Tarix: 29 Oktyabr 2020 12:16

Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünya çempionu bununla bağlı şəxsi İnstaqram səhifəsində paylaşım edib.

O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Eyni zamanda sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, R.Quliyev bundan əvvəl ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşmışdı.

Xatırladaq ki, 30 yaşlı idmançı 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

Milli.Az


Etiketlər:  Ramil Quliyev Bərdədə törədilən terrora da biganə qalmadı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ