Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 14:51
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa nümayəndəliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində həlak olması ilə bağlı bəyanat verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qurum bəyanatda hadisə ilə bağlı dərindən təəssüfləndiyini bildirib:
"Könüllülərimizdən birinin Bərdədə dinc sakinlərə humanitar yardım çatdırarkən həlak olmasından çox sarsılmışıq. 39 yaşlı şəxs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təcili yardım səyyar briqadasında yer alırdı. Humanitar təşkilatlar hədəf olmamalıdır".