Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu platformalar VPN-siz işləməlidir - Nazir

Bu platformalar VPN-siz işləməlidir - Nazir

Tarix: 30 Oktyabr 2020 11:15

Bakı. İlhamə İsabalayeva – Trend:

Son iki həftədə onlayn dərslərin keçirilməsi üçün müəyyən hazırlıqlar görülüb, teams, zoom platformalarının daha işlək olması üçün aidiyyətlı qurumlarla iş aparılır.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 10 gün ərzində vəziyyət təhlil edilib və bütün məktəblərdə onlayn dərslərin keçirilməsi barədə qərar verilib: "Təbii ki, bu qərarın icrasında müəyyən çətinliklər olacaq. Qarşıdakı bir necə həftədə dərslər onlayn olacaq. Onlayn təhsil hazırda daha məqbul hesab edilir.

Nazir bildirib ki, təqdim olunan zoom, teams VPN-lə işləsə, müəyyən problemlər yarana bilər. Ona görə də bu platformalar VPN-siz işləməlidir.


Etiketlər:  platformalar işləməlidir Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ